Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilmişdir

25 aprel 2012 | 10:00

2012-ci il aprelin 24-də Ağdaş rayon İcra Hakimiyyətinin iclas zalında Ağdaş rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın “2012-ci ilin birinci rübündə Ağdaş rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə dair hesabat yığıncağı keçirilmişdir.
İclasda idarə, müəssisə və təşkliat rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimai birliklər, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, ağsaqqallar, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
İclasda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov 2012-ci ilin birinci rübündə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat vermişdir. Sonra məruzə ətrafında çıxışlar olmuş və şuranın qərarı qəbul edilmişdir.
 

Keçidlər