Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşın 4 kəndinə yeni qaz xətti çəkilir

27 oktyabr 2011 | 10:00

Ağdaş rayon qaz istismar sahəsindən AzərTAc-a bildirmişlər ki, Ağdaş şəhərində və bütün kənd yaşayış məntəqələrindəki köhnə qaz xətlərinin yenidən qurulması və əhaliyə təbii qazın fasiləsiz verilməsi nəzərdə tutulmuşdur. Hazırda Ağdaş şəhərinin M.İsayev, C.Hacıyev, Qaradağlı küçələrindəki və Yuxarı Ləki qəsəbəsindəki daşıyıcı qaz xətləri yeni dəmir borularla, orta təzyiqli xətlər isə plastik borularla əvəz edilir. Bundan əlavə Güvəkənd, Tofiqi, Əmir Mahmud və Əmirarx kəndlərinin sakinlərinə “mavi yanacağ”ın verilməsi üçün hazırda “Azəriqaz” İB-nin sifarişi ilə plastik borularla ilk dəfə yeni qaz xətləri çəkilir, təzə şkaflar, siyirtmələr quraşdırılır. Yaxın günlərdə Əmir Mahmud və Güvəkənddə evlərdə sayğaclar quraşdırılacaq və ilin sonunadək əhali təbii qazla təmin ediləcəkdir. Ağdaş qaz istismar sahəsi üçün yeni inzibati binanın tikintisi də başa çatdırılmışdır.
Xatırladaq ki, cari ildə rayonun Dovudlu, Qəribli və Binələr kəndinə təbii qaz verilişi bərpa olunmuşdur. Hazırda Ağdaş şəhərində və rayonun 36 kəndində əhali təbii qazdan istifadə edir.
 

Keçidlər