Ağdaşda məskunlaşan qaçqın və məcburi köçkünlərə bayram sovqatı verilmişdir
02 noyabr 2011 | 11:00
İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri Ağdaş rayonunda olmuşlar.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, nümayəndə heyəti burada məskunlaşan 840 qaçqın və məcburi köçkün ailəsinə Qurban bayramı, Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günləri münasibətilə bayram hədiyyələri gətirmişlər.