Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş Dövlət Humanitar Kollecində tədbir keçirilmişdir.

07 noyabr 2014 | 11:00

7 noyabr 2014-cü i tarixdə Kollecdə Dövlət bayrağına həsr olunan tədbir keçirilmişdir. Tədbirdən öncə üçrəngıi bayraq akt zalına gətirilmiş, Azərbaycan Respublikasının dövlət himini səsləndirilmiş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
  Tədbiri giriş sözü ilə açan əməkdar müəllim, Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Tənzilə Şıxıyeva  tələbə və müəllimləri Dövlət bayrağı günü münasibətilə təbrik edərək bildirdi ki, milli bayraq mənəvi, siyasi, ideoloji baxımdan bir dövlətin və bir dövləti təşkil edən millətin simvolu olub, onların mövcudluğunu göstərən rəmzlərdən biridir. Tələbələrə dövlət bayrağnın  müstəqilliyimizin ali simvoluna çevrilməsində ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tarixi xidmətlərinə  toxunmaqla o,  tələbələrə bayrağımiza daim sədaqətli olmağı arzuladı.
Tədbir tələbələrin hazırladığı ədəbi- bədii kompozisiyanın nümayişi ilə başa çatmışdır.

Keçidlər