Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda tədbir keçirilmişdir.

05 noyabr 2014 | 11:00

   4 noyabr 2014 cü i tarixdə  Habil Əliyev adına  Ağdaş şəhər  Musiqi məktəbinin akt zalında rayon icra hakimiyyətinin təşkilatçılığı  və “Bizim Nəsil” Gənclərin Regional  İnkişaf Assosiasiyası İctimai Birliyinin iştirakı  ilə birgə  təbir keçirilmişdir.
   Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin  dəstəyi ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Tədbirlə Planına uyğun olaraq  keçirilən tədbirdə “Regonlarda  gənc könüllülər klubunun yaradılması, gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi-2 mərhələ” adlı  layihə barədə məlumat verən İctimai Birliyin direktoru Fariz Budaqov və layihənin köməkçisi Həzrət Bədiyev regoinlarda  yaşayan gənclər arasında  könüllülüyün gücləndirilməsi və təşviq edilməsinin vacibliyini qeyd etmiş,   ağdaşlı gənclərin bu tədbirlərdə  fəal iştirakçı olacaqlarına əminlik ifadə etmişlər.
   Tədbirdə iştirak edən 45 nəfər könüllü arasından 1 nəfər sədr seçilmişdir. Yekunda könüllülərə rəngıi kitablar, bukletlər, köynək , papaq dəsti paylanmışdır.

Keçidlər