Rayon haqqında
Mədəniyyət
Agdaş Regional Mədəniyyət idarəsi tabeliyində Ağdaş rayonunda Heydər Əliyev mərkəzi, 2 muzey (Heydər Əliyev Mərkəzi, Tarix-diyarşünaslıq muzeyi, Məqsud Şeyxzadə ev muzeyi), 1 Mər-kəzi Kitabxana,69 kitabxana filialı, 45 klub və Mədəniyyət Mərkəzi, 2 Uşaq musiqi mək-təbi, 1 Dövlət Rəsm Qalereyası vardır. Rayon ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli,132 nömrəli Qərarına əsasən 17 Yerli əhəmiyyətli Tarixi abidə qeydiyyata alınmış və dövlət mühafizəsinə götürülmüşdür.
Ümumi məlumat
Agdaş Regional Mədəniyyət idarəsi tabeliyində Ağdaş rayonunda 2 muzey, (tarix –diyarşünaslıq muzeyi, Maqsud Şeyxzadənin ev muzeyi), 1 mərkəzi kitabxana, 68 kitabxana fililalı, 49 klub və mədəniyyət evi, 2 uşaq musiqi məktəbi, 1 Dövlət Rəsm Qalereyası vardır. Rayon ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarına əsasən 17 yerli əhəmiyyətli tarixi abidə qeydiyyata alınmış və dövlət mühafizəsinə götürülmüşdür.
Tarixi abidələr
Agdaş Regional Mədəniyyət idarəsi qeydiyyatında rayon ərazisində yerləşən 17 tarixi abidə vardır. Rayon Mədəniyyət və Turizm şöbəsinin müvafiq bölməsi tərəfindən mühafizə olunan bu tarix və mədəniyyət abidələrinin hamısı (hər biri) yerli əhəmiyyətli abidələrdir. Abidələrin əksəriyyətini XIX əsrə aid olan yaşayış evləri və məscidlər təşkil edir. Qalanları isə Türyançay qəsəbəsində yerləşən orta əsrlərə aid arxeoloji abidə, 1902-ci ilə aid Bulaqotağı kəndində yerləşən türbə, XIX əsrə aid olan “Qarabəy” karvansarayı, “Heydər parkı”nda və Şəmsabad kəndində yerləşən Böyük Vətən Müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidələrindən ibarətdir.
Habil Əliyev adına Uşaq Musiqi məktəbi
Ağdaş şəhərində yerləşən, hazırda xalq artisti Habil Əliyevin adını daşıyan 1 saylı Uşaq Musiqi məktəbinin əsası 1937-ci ildə qoyulmuşdur. Məktəbdə fortepiano, tar, kamança, qarmon, klarnet sinifləri üzrə 489 əfər şagird təhsil alır və burada 125 nəfər müəllim işləyir. Heydər xiyabanında yerləşən Habil Əliyev adına Musiqi məktəbinin yeni binası 2009-cu ildə Heydər Əliyev fondu tərəfindən tikilərək istifadəyə verilmişdir. MƏktəbdə xalq çalğı alətləri ansamblı və xor kollektivi fəaliyyət göstərir. Habil Əliyev, Munis Şərifov kimi görkəmli musiqiçilər və xanəndə Ramiz Hacıyev bu məktəbin yetişdirmələri olmuşdur. Məktəbdə həmçinin, Habil Əliyevin musiqi və yaradıcılıq fəaliyyətinə həsr olunmuş muzey yaradılmışdır.
Ləki qəsəbə Uşaq Musiqi məktəbi
Ləki qəsəbə Uşaq Musiqi məktəbi 1989-cu ildən fəaliyyət göstərir. Məktəbdə 232 nəfər şagird təhsil alır, 46 nəfər müəllim çalışır. Məktəbdə fortepiano, tar, kamança, qarmon dərsləri keçirilir. Məktəbin xalq çalğı alətləri ansamblı, 30 nəfərdən ibarət xalq kollektivi vardır. Məktəbin şagirdləri respublika miqyaslı, o cümlədən rayonda keçirilən bütün mədəni-kütləvi tədbirlərdə fəal iştirak edir, nümunəvi çıxışları ilə tamaşaçıların rəğbətini qazanırlar. Məktəbdə tez-tez Azərbaycan, Avropa və dünya klassik bəstəkarlarının həyat və yaradıcılığına həsr olunmuş musiqil bədii gecələr keçirilir.
Ağdaş Tarix-diyarşünaslıq muzeyi
Ağdaş Tarix-diyarşünaslıq muzeyinin 1986-cı ildə yeni ekspozisiyada açılışı olmuşdur. Muzey hazırda tarixi abidə olan, XIX əsrə aid Qarxumlu Əşrəf bəyin evində yerləşir. Muzeydə Ağdaşın qədim tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini və bugününü əks etdirən eksponatlar nümayiş etdirilir. Əsas fondda 5600-dən çox eksponat vardır. Muzeyin ekspozisiyası isə 7 bölmədən ibarətdir:
- Türyançay dövlət qoruğu
- Qədim kənd təsərrüfatları alətləri
- XIX əsrə aid kənd evinin maketi
- İnqilablar dövrü
- Böyük Vətən Müharibəsi
- Rayonun incəsənət xadimləri
- Müasir Ağdaş
Eksponatlar xronoloji qaydada yığılmışdır. Burada etnoqrafiya, arxeologiya, xalq tətbiqi sənəti, numizmatikanı əks etdirən nümunələr, Ağdaşın görkəmli şəxiyyətlərinin şəxsi sənətləri və digər eksponatlar nümayiş etdirilir. 2011-ci il ərzində muzeyin 23 mindən çox baxıcısı olmuş, 512 dəfə ekskursiya keçirilmişdir.
Maqsud Şeyxzadə ev muzeyi
Ağdaş torpağında boya-başa çatmış, sonradan Ğzbəkistana köçərək orada yaşayıb yaratmış, şair-dramaturq Maqsud Şeyxzadənin ev muzeyi 1989-cu ildə yaradılmışdır. Fəaliyyətə başladığı gündən rayon ictimaiyyətinin diqqət mərkəzində olan muzeydə ölkənin tanınmış şəxsləri və xarici vətəndaşlar dəfələrlə qonaq olmuş, xatirə kitabına öz ürək sözlərini yazmışlar. Muzeyin fondunda 217 eksponat vardır. Fond əsasən görkəmli ədibin kitablarından, şəxsi əşyalarından, fotolardan və haqqında olan məqalələrdən ibarətdir. Muzeydə müxtəlif səpkili mədəni-kütləvi tədbirlər həyata keçirilir.
Mərkəzləşdirilmiş kitabxanalar sistemi
Ağdaş rayon Mərkəzləşdirilmiş kitabxanalar sistemi 1980-ci ildən fəaliyyət göstərir. Hal-hazırda Mərkəzləşdirilmiş kitabxanalar sistemi Mərkəzi rayon kitabxanası və 68 kitabxana fililaını özündə birləşdirir. Bu kitabxanaların fondlarında 453950 nüsxə kitab vardır. Həmin kitabların 90 min nüsxəyə yaxını latın qrafikası ilə olan ədəbiyyatlardır. İl ərzində kitablardan 36900 nəfər oxucu istifadə edir. Mərkəzləşdirilmiş kitabxanalar sistemində 138 nəfər işçi çalışır. Hər il kitabxanalarnın fondları yeni kitablarla zənginləşdirilir.
Mərkəzi rayon kitabxanasında informasiya resurs mərkəzi fəaliyyət göstrir. İRBİS_64 proqramı vasitəsilə burada elektron kataloq yaradılır. Elektron kitabxananın yaradılması üzərində iş gedir. Mərkəzi kitabxananın daim yeniləşən veb saytı artıq 2 ildir ki oxucuların istifadəsindədir.
Folklor kollektivləri
“Teşti-folklor rəqs kollektivi”
“Teşti-folklor rəqs kollektivi” 1971-ci ildə yaradılmışdır. Kollektiv rayonda keçirilən bütün tədbirlərdə iştirak edir. Dəfələrlə respublika televiziyasının müxtəlif proqramlarına çəkilmiş, respublika əhəmiyyətli müsabiqələrin iştirakçısı olmuş və diplomlarla təltif olunmuşdur. Kollektivin repertuarında “Kür qırağı” , “Ay gedən hil olum boynuna”, “Qapını cəftələ”, “Əmioğlu-Əmiqızı”, “Gəlin səhnəsi” və s. musiqili kompozisiyalar vardır.
“Teşti-folklor rəqs kollektivi”nin tərkibi Pirəzə kəndində yaşayan gənc qızlardan ibarətdir.
Həmin kollektivə hazırda Yaqut Məmmədağa qızı Ədilova rəhbərlik edir.
“Kəndirbazlar” sirk folklor kollektivi
“Kəndirbazlar” sirk folklor kollektivi 1988-ci ildə yaradılmışdır. Rayon Mədəniyyət evinin nəzdində fəaliyyət göstərir. Kollektiv rayonda keçirilən tədbirlərin əksəriyyətində yaxından iştirak edir. Dəfələrlə respublika miqyaslı tədbirlərə dəvət olunmuş, çıxışları müxtəlif televiziya kanallarında nümayiş etdirilmişdir. Kollektiv Misir Ərəb respublikasında keçirilən beynəlxalaq festivalda Azərbaycan Respublikasını layiqincə təmsil etmişdir. Kolektivin üzvləri 2012-ci ilin mart ayında Bakı şəhərində keçirilən Novruz şənliklərinin iştirakçırı olmuşdur.
“Kəndirbazlar” sirk folklor kollektivi əsasən Qəribli kəndində yaşayan bir ailənin üzvlərindən ibarətdir. Yarandığı gündən kollektivə Məhəmməd Mayıl oğlu Paşayev rəhbərlik edir.
Ağdaş Dövlət Rəsm qalereyası
Ağdaş Dövlət Rəsm qalereyası 1996-cı ildən fəaliyyət göstərir. Qalereyada il ərzində 8-10 sərgi təşkil edilir. Sənət adamları ilə görüşlər keçirilir. Burada tanınmış rəssamların sərgiləri ilə yanaşı gənc və yeniyetmə rəssamların əsərləri nümayiş etdirilir. Qalereyada rəssamlıq dərnəy fəaliyyət göstərir. Dərnəyin 20-yə yaxın üzvü vardır. Dərnək üzvlərinin əl işləri dəfələrlə rayonda təşkil olunan kütləvi tədbirlərdə nümayiş etdirilmişdir. Eyni zamanda dərnək üzvləri respublika miqyaslı rəsm müsabiqələrində iştirak edərək fəxri fərman və diplomlarla təltif olunmuşlar. Hazırda Qalereyanın fondunda 70-ə yaxın rəsm əsəri saxlanılır.
“Ağdaş” qəzeti haqqında
MƏLUMAT
Qəzet rayon İcra Hakimiyyəti başçısı aparatının təsisçiliyi ilə ayda 2 dəfə nəşr olunur.
Qəzetin ilk nömrəsi 7 yanvar 1932-ci ildə “Ağdaş pambıqçısı” adı ilə çap olunub. Qəzet 1932-1937-ci illərdə “Ağdaş pambıqçısı”, 1938-1962-ci illərdə “Pambıq uğrunda mübarizə”, 1962-1966-cı illərdə “Yeni həyat” və 1966-2003-cü illərdə “Əmək” adları ilə çap olunub.