Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

Rayonda 2016-ci il ərzində iqtisadiyyatın əsəs sahələri üzrə məhsul buraxılışının və xidmətlərin göstərilməsinin həcmi 257 milyon manat olmuş, adam başına düşən məhsul istehsalı 2 min 383 manat təşkil etmişdir. Bu dövrdə sənayedə 8.2 milyon və ya ümumi daxili məhsulun 3.2 faizi qədər, kənd təsərrüfatında 103.2 milyon mantlıq (40.1 faiz), tikintidə 47.6 milyon manatlıq (18.5 faiz), ticarət sahəsində 92.4 milyon manatlıq (36 faiz), nəqliyyat və rabitə sahəsində 5.6 milyon manatlıq (2.2 faiz) məhsul və xidmətlər isthsal edilmişdir. Hesabat dövründə rayonda sənaye məhsulu istehsalı 6.9 faiz, ticarət  və rabitə xidmətinin həcmi isə 3.6 faiz artmışdır. 

Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluğunun artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin  cəlb edilməsi ilə bağlı tapşırıqlarının icrasını təmin etmək məqsədilə Ağdaş rayonunda da ilkin tədbirlər görülmüş və bu məqsədlə rayon icra hakimiyyəti başçısının 08 fevral 2016-cı il tarixli, 21 nömrəli Sərəncamı ilə rayon İcra hakimiyyəti başçısının rəhbərliyi ilə xüsusi qərargah yaradılmışdır. Yaradılmış qərargaha rayonun müxtəlif aidiyyatı idarə, müəssisə və təşkilatlarının vəzifəli şəxslərindən və bir sıra sahibkarlardan ibarət otuz nəfər üzv daxil edilmişdir. Xüsusi qərargah ciddi təhlillər əsasında sosial-iqtisadi inkişafla bağlı proqnozlar, habelə sahibkarların, vətəndaşların davamlı qəbulu zamanı irəli sürülən fikirlər və daxil olan məlumatlar əsasında təkliflər hazırlamaqla yeni iş yerlərinin yaradılması və sərmayələrin cəlb edilməsi ilə bağlı  bütün zəruri tədbirlərin həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə bir sıra işlər görülməkdədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların özünü maliyyələşdirməsi, mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunması, idxalı əvəzedən və ixracyönümlü istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması  istiqamətində vermiş olduğu müvafiq tapşırıqlara əsasən Ağdaş rayonunda da bir sıra işlər görülməkdədir.
Rayonda yeni sənaye sahələrinin Ağdaş Meyvə Emalı zavodunda və Yem Emalı fabrikində istehsal prosesinə başlanılmış Biyan istehsalı və emalı müəssisəndə tikinti quraşdırma işləri davam etditilmiş, sahibkarlar tərəfindən rayonda 50-dən çox xidmət və istehsal sahəsi yaradılmışdır. Görülmüş tədbirlər nəticəsində rayonda 829-u daimi olmaqla 4847  yeni iş yeri yaradılmışdır.

İl ərzində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 20 sahibkara 9 milyon 250 min manat güzəştli kredit verilmişdir.

Ağdaş fermerləri rayonda pambıqçılığın inkişaf etdirilməsində yüksək nəticələrin əldə olunması üçün zəngin təcrübə və imkanlardan səmərəli istifadə edirlər. Bu sahənin inkişaf etdirilməsi istiqamətində Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr və göstərişlər artıq öz bəhrəsini verməkdədir. Ağdaşda 2016-cı ildən etibarən pambıq əkininin dəfələrlə artması bu gəlirli sahənin geniş perspektivlərindən xəbər verir. Belə ki, ötən il Ağdaş rayonunda 1134 hektar ərazidə çiyid səpini aparılıb və sahələrə yaxşı aqrotexniki qulluq edilərək bol məhsul əldə edilmişdir. Bu 2015-ci ilə nisbətədən 38 dəfə çoxdur. Ağdaşlı fermerlər dövlətin yardımından bəhrələnərək gələn il rayonda 2 min 500  hektardan çox sahədə pambıq əkini aparmağı planlaşdırırlar. Bunun üçün hazırlıq işləri görülür, istifadəsiz qalan bütün boş torpaq sahələrində əkin aparılması nəzərdə tutulur.
Həmçinin bu il rayonda ənənəvi sahələrdən olan baramaçılığın inkişafı üçün kəndlərdə geniş izahat işləri aparılıb. Qax Damazlıq İpəkçilik Stansiyasından 50 qutu toxum gətirilərək Ağdaşda kümçülərə paylanılıb. İlk addım olaraq, ötən mövsümdə gözlənilən 1 ton barama əvəzinə, 2 ton məhsul tədarük olunaraq "Şəki İpək" ASC-yə təhvil verilib. Ayrı-ayrı ailələr baramaçılıqdan 5-6 həftə ərzində 1000-1500 manat qazanc əldə ediblər.
Ağdaşda çəltikçiliyin inkişaf etdirilməsi üçün də əlverişli imkan var. Hesabat ilində 1311 hektarda çəltik əkilib və bol məhsul əldə edilib. Kəndlərdə ənənəvi məşğulluq sahələrinin dirçəldilməsi işsizliyin aradan qaldırılmasına kömək olub, bu mövsümdə 3 mindən çox kənd sakini haqqı ödənilən işlə təmin edilmişdir.
Rayonda 2016-cı ilin məhsulu üçün  əkilmiş 11 min 93 hektar taxıl sahəsində  lazımı aqrotexniki qulluq işləri aparılmıəş, taxıl biçini dövründə mövcud olan kombaynların gücündən səmərəli istifadə olunması üçün  kompleks tədbirlər həyata keçirilmiş, biçinin  optimal müddətdə aparılması təmin edilmiş və  34 min ton taxıl istehsal olunmuşdur.
“Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağına görə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi qaydaları”na və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları”na uyğun olaraq məhsul istehsalçılarına müvafiq  izahatlar verilmişdir. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına  dövlət yardımının verilməsi üçün 41 kənd ərazi komissiyasında toplanmış məlumatlar- istehsalçıların siyahısı, istifadə olunan əkin sahələri və çoxillik əkmələr barədə məlumatlar,istehsalçıların iştirakı ilə baxış aktları və digər tələb olunan sənədlər təhlil edilmiş, içmal siyahılar tərtib edilərək, 2016- ilin məhsulu üçün əkilmiş sahələrə görə hesablanmış yardımın ödənilməsi təmin  olunmuşdur.
Hesabat dövründə 1263 hektar kartof, bostan və tərəvəz sahələrinə aqrotexniki qulluq göstərilmiş və 21 min 850 ton məhsul istehsal olunmuşdur. İl ərzində 347 hektar dən qarğıdalı sahəsindən 1607 ton qarğıdalı, 253 hektar bostan sahələrindən 3 min 896 ton bostan məhsulları götürülmüşdür. Hesabat dövründə 2017-ci ilin məhsulu üçün 13 min 911 hektar sahədə şum aparılmışdır. Ondan 2 min 338  hektarı dondurma şumudur
2017-cı ilin məhsulu üçün 12 min 312 hektar sahədə  payızlıq taxıl əkilmişdir. Əkilmiş sahələrin 3381hektarını  buğda, 8931 hektarını  arpa təşkil edir. Rayonda  fəaliyyət  göstərən   toxumçuluq   üzrə   ixtisaslaşmış  və  toxum  istehsalı  ilə  məşğul  olan  3  toxumçuluq   təsərrüfatında       əkin  üçün yararlı olan  toxum   istehsal olunmuşdur. İstehsal olunmuş  arpa və buğda  toxumu  rayonda və rayondan kənarda  taxıl  əkən  təsərrüfatlara  satılmışdır.
2016-cı ildə  1 hektar günəbaxan, 114 hektar lobya, 3 hektar vələmir, 1134 hektar pambıq, 231 hektar biyan əkilmişdir. Əkilmiş  sahələrdə aqrotexniki tədbirlər həyata keçirilmiş bol məhsul yetişdirilmiş və yığılmışdır. 1642 hektar meyvə bağlarından 20 min tondan yuxarı  məhsul əldə olunmuşdur.
2016-cı ildə 6345 nəfər məhsul istehsalçısına 1 milyon 122 min  manat  əkin üçün  subsidiya  hesablanmış  verilmişdir.
Dənli və dənli paxlalılarda ötən ilə nisbətən məhsuldarlıq 1847 ton artaraq 38 min 335  ton olmuşdur. Yazlıq və payızlıq dənlilərin istehsalı 2 min 566 ton, çəltik istehsalı 925 ton artmışdır.
Hesabat ilində ötən ilə nisbətən hektardan məhsuldarlıq payızlıq və yazlıq buğda 2,60 sentiner artaraq 33,4 sentiner, dənli və dənli paxlalılarda 0,60 sentiner artaraq 30,7 sentiner olmuşdur.
Bakı şəhərində keçirilən satış yarmarkasına müxtəlif çeşidli və yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının çıxarılması üçün bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmiş, fermerlərimiz tərəfindən satış yarmarkalara 200 tondan yuxarı muxtəlif növ yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları çıxarılmışdır.
2016-cı il ərzində 12 min 271 ton diri çəkidə ət, 55 min 998 ton  süd, 196,2 ton yun istehsal olunmuşdur.

2017-ci il yanvar ayının 1-i vəziyyətinə rayonun təsərrüfatlarında 78 min 565 baş iribuynuzlu mal-qara, o cümlədən 35 min 733 baş inək və çamış, 95 min 737 baş qoyun və keçi mövcud olmuşdur.
Qara yara xəstəliyinə görə 1660 baş təkdırnaqlı, 77 min 844 baş iribuyunzlu, 93 min 317 baş xırdabuyunzlu, nodulyar dermatik xəstəliyinə qarşı 93 min 880 baş iribuyunzlu heyvanlarda vaksiniasiya aparılmışdır.
Quduzluq xəstəliyinə görə 7 min 77 baş sahibli itlər peyvənd olunmuşdur.  2016-cı ildə 218 nəfər  heyvandar işçisinə süni mayalamadan alınmış buzovlara hesablanmış subsidiyaların verillməsinə dair ilkin sənədlər Kənd Təsərrüfatı Nazirliyinə göndərilmişdir
Rayonda  damazlıq işinin təlabata uyğun qaldırılması üçün 12 nəfər süni mayalama texnikinikindən istifadə olunmaqla 12 ay ərzində  2596 baş inək və camışda süni mayalama aparılmış və əvvəl mayalanmış heyvanlardan 1750 baş sağlam bala alınmışdır.
Bildiyimiz kimi Azərbaycan qədim suvarma əkinçiliyi ölkəsidir. Onun əsas kənd təsərrüfatı bazası sayılan Kür-Araz düzənliyi suvarılan torpaqların istifadə edilməsi baxımından dünyanın ən qədim və unikal regionlarından biridir. Ölkə ərazisi quraq zonada yerləşdiyinə görə burada suvarma aparılmadan, meliorasiya və su təsərrüfatını inkişaf etdirmədən kənd təsərrüfatı məhsullarının yetişdirilməsi mümkün deyildir. Bunu böyük uzaqgörənliklə qeyd edən və “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərini tarixə yazmış müdrik bir şəxsiyyət, dünya şöhrətli siyasətçi ulu öndərimiz Heydər Əliyev meliorasiya və su təsərrüfatı sahəsini daim diqqət mərkəzində saxlamış, onun inkişafına xüsusi əhəmiyyət vermişdir.
Ağdaş rayonunun ümumi sahəsi 102 min 305 hektardır  və onların da 34 min dən çoxu əkin yerləridir.
Həmin torpaqlar Türyançay və Kür çayları, həmçinin Yuxarı Şirvan kanalı vasitəsilə suvarılır. Rayonun ərazisindən keçən Yuxarı Şirvan kollektoru qrunt və digər şoranlaşmış suların axıdılmasını təmin edir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıqlara əsasən respublikada Meliorasiya və su təsərrüfatı sahəsinə son illərdə əsaslı kapital qoyuluşu dəfələrlə artmış, sahənin maddi-texniki bazası xeyli gücləndirilmiş, minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi həyata keçirilmişdir. Rayonun suvarılan torpaqlarından 73,9 faizi Ağdaş rayon Suvarma Sistemləri  idarəsi tərəfindən öz axını ilə, 26,1 faizi isə Pirəzə Mexaniki Suvarma idarəsi tərəfindən mexaniki  üsulla  suvarılır.
Ağdaş Suvarma Sistemləri İdarəsi 2016-cı il ərzində 25 min 230 hektar əkin sahələrini suvarma suyu ilə təmin etmişdir. 2016-cı ildə 9 min 60 hektar dənli bitkilər sahəsində 3 dəfə, 787 hektar bostan tərəvəz sahəsində 6 dəfə, 410 hektar biyan sahəsində 2 dəfə, 9 min 487 hektar yem bitkiləri sahəsində 4 dəfə, 1709 hektar çoxillik bitkilər sahəsində 4 dəfə, 3 min 642 hektar həyətyanı sahədə 7 dəfə vegetasiya suvarması aparılmışdır.
2016-cı ildə suvarma kanallarının 646 km-lik hissəsində lildən təmizləmə işləri aparılmış, mexanizmlər vasitəsi ilə 1 milyon 363 min kub metr lildən təmizləmə işləri görülmüşdür. Daşqın və selə qarşı mübarizə tədbirləri çərçivəsində Türyançay çayında mexanizmlər vasitəsi ilə 428 min kub metr çay məcarasının təmizlənməsi aparılmış,Türyançay qəsəbəsi yaxınlığında sahilin yuyulmasının qarşısını almaq üçün 1450 metr ərazidə çay məcrasının təmizlənməsi işi aparılmışdır.
Ağdaş rayonun 10 yaşayış məntəqəsini, 9 min 650 hektar sahəni mexaniki yolla suvarma suyu ilə təmin edən Pirəzə Mexaniki Suvarma İdarəsi tərəfindən 2016-cı ildə Kür və Türyançay çaylarının mənbəyindən 37.4 min kub metr su qaldırılmış, təkrar ötürmə  üçün 51.6 min kub metr su verilmişdir. İdarənin balansında 69 kilometr təsrrüfatlar arası və 344 kilometr təsərrüfat daxili kanallar vardır ki, 2016-cı ildə idarənin öz gücü hesabına 150 kilometr, podrat təşklatlar hesabına 128 kilometr lildən təmizlənmişdir.
2016-cı ildə Eymur elektrik nasos stansiyasında cari təmir, Qaradeyin elektrik nasos stansiyasına gedən hava elektrik xəttinə “Azərişıq” Ağdaş elektrik şəbəkəsinin mütəxəssisləri ilə bilikdə lazımı təmir işləri aparılmışdır. Cari ildə 16 ədəd hidrotexniki qurğu, 50 metr boru xətti, 30 metr beton kanal, Abad kəndindəki su buraxıcılar, Seyid Mahmud nasos stansiyasında, Ağzıbir nasos stansiyasında cari, Qarxun elektrik nasos stansiyasında təmir işləri aparılmışdır.
Ucar Meliorasiya İdarəsi tərəfindən 2016-cı ildə 130 km şirə kanalları və kollektor-dren şəbəkələrində  lildən təmizləmə işləri görülmüşdür. Bundan 24 ərazi nümayəndəliyi üzrə 66,8 km lildən təmizləmə, 7 ərazi  nümayəndəliyi üzrə 63,4 km olmaqla kollektor-dren şəbəkələrində lildən təmizləmə işləri aparılmışdır.
Ölkə başçısının bir başa tapşırığı və Prezident Administrasiyasının rəhbərliyi ilə 2016-cı ildə  respublikada torpaqlardan səmərəli istifadə edilməsi və kənd təsərrüfatı məhsullarında yüksək nəticə əldə olunması məqsədi ilə Ağdaş rayonunda da 15 min 800 hektar əkinə yararllı lakin suvarılmayan torpaq sahələri əkin dövriyyəsinə cəlb olunması üçün yaradılmış işçi qrupu tərəfindən lazımi sənədlər və təkliflər hazırlanaraq yuxarı orqanlara təqdim olunmuş və bu istiqamətdə konkret işlərə başlanılmışdır
Ağdaş  Meşə  Mühafizəsi  və  Bərpası  Müəssisəsi  meşə əkini və ting səpini üçün  84,8 hektar sahədə torpaq hazırlığı işləri aparmış, ondan 77,8 hektar sahədə mədəni meşə əkini əkilərək akasiya, nar və tut  cinslərindən ibarət ümumilikdə 134 min 820 ədəd ting sərf edilmişdir. 3,0 hektar sahədə səpin, rayonda baramaçılığın inkişafı üçün 3,0 hektar sahədə 120 min  ədəd toxmacar əkilmiş, 1,0 hektar sahədə isə 50 min ədəd çilik basdırılmaqla kökləndirmə işi aparılmışdır. 2016-cı il üçün odun yanacağına olan tələbatı qismən ödəmək məqsədi ilə qış mövsümündə məktəblərin, uşaq baxçalarının, xəstəxanaların, şəhid ailələrinin, qarabağ əlillərinin və əhalinin istiliklə təmin olunması üçün sanitar qırıntıdan 545 kub metr oduncaq sahəsi ayrılmışdır.

Keçidlər