Zəfər Gününə hazırlıq məsələləri müzakirə olunub.
01 noyabr 2024 | 12:01
1 noyabr 2024-cü il tarixində Ağdaş Rayon İcra Hakimiyyətində Zəfər Gününün keçirilməsi ilə əlaqədar müvafiq sərəncamla yaradılmış komissiyanın ilk iclası keçirilib.
Dəyirmi masa ətrafında keçirilən iclasda rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və məsul əməkdaşları iştirak edib.
Bayram tədbirinin keçirilməsinə dair Tədbirlər Planında icrası nəzərdə tutulmuş məsələlər müzakirə olunub, təkliflər dinlənilib, aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.