Yuxarı Nemətabad kəndində sakinlərin müraciətləri dinlənilib.
13 may 2025 | 17:45
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə rayonun Yuxarı Nemətabad kəndində səyyar qəbul keçirib.
Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, idarə, müəssisə və təşkilatların rəhbər şəxslərinin iştirakı ilə keçirilən qəbulda kənd sakinlərinin müraciətləri dinlənilib.
Müraciətlərdə əksini tapan məsələlərin bir qismi yerindəcə həll olunub.
Həlli müəyyən vaxt tələb edən məsələlər nəzarətə götürülərək, aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.