Yuxarı Ləki kəndində şəhid Rəcəb Məmmədovun xatirəsi anıldı.
9 noyabr 2022-ci il tarixində Ağdaş rayonunun Yuxarı kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Məmmədov Rəcəb Yolçu oğlunun şəhadətə yüksəlməsinin ikinci ildönümü ilə əlaqədar ailəsinə baş çəkilib. Kənd qəbiristanlığında keçirilən tədbirdə qeyd olunub ki, Vətən Müharibəsində şanlı qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanılıb. Müharibədə Silahlı Qüvvələrimizin hərbi qulluqçularından 2907 nəfər şəhid olub. Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Anım tədbirində Milli Məclisin deputatı Cavid Osmanov, rayon İcra Hakimiyyətinin məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, ictimaiyyətin nümayəndələri və kənd sakinləri iştirak edib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.