Yenicə kəndində də sakinlərin müraciətləri dinlənilib
04 fevral 2025 | 14:39
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə rayonun Yenicə kəndində səyyar qəbul keçirib.
Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, idarə, müəssisə və təşkilatların rəhbər şəxslərinin iştirakı ilə keçirilən qəbulda kənd sakinlərinin müraciətləri dinlənilib.
Müraciətlərdə əksini tapan məsələlərin bir qismi yerindəcə həll olunub.
Həlli müəyyən vaxt tələb edən məsələlər nəzarətə götürülərək, aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.