Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni seçilmiş bələdiyyə sədrləri ilə görüşlər davam etdirilir

05 mart 2025 | 18:24
Martın 5-də Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə yeni seçilən Qolqəti və Qoşaqovaq bələdiyyələrinin sədrləri ilə görüşüb.
Görüşdə yeni tərkibdə yaradılan bələdiyyələrin cəmiyyətin inkişafında mühüm rolu qeyd olunmaqla, onların fəaliyyətində şəffaf idarəetmənin təşkil olunmasının vacibliyi vurğulanıb.
Eyni zamanda bələdiyyələrin qarşısında duran vəzifələr, vətəndaş müraciətlərinin operativ həlli, sosial layihələrin həyata keçirilməsi və bələdiyyə mülkiyyətində olan torpaqlarla bağlı məsələlər müzakirə olunub.
Bununla əlaqədar onların ərazisində yerləşən nümayəndəliklərdə işçi qruplarının yaradılması üçün müvafiq tapşırıqların verildiyi bildirilib.
Keçidlər