Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının yaranmasının 30-cu ildönümü qeyd olunub

19 fevral 2025 | 18:48
Fevralın 19-da Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının yaranmasının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən əvvəl Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, Partiya fəalları və ictimaiyyətin nümayəndələri Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider, Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini böyük ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan bəhs edən videoçarx nümayiş etdirilib.
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının yaranmasının 30-cu ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edərək xoş arzularını çatdırıb. Çıxışlarda 1992-ci ilin noyabr ayında Ümummilli Lider Heydər Əliyevin Sədrliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının ölkəmizin, xalqımızın həyatında əlamətdar tarixi hadisə olduğu, ötən dövrdə Partiyanın böyük inkişaf yolu keçdiyi diqqətə çatdırılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbəri olduğu Yeni Azərbaycan Partiyasının müstəqil dövlətimizin qurulması və möhkəmləndirilməsində, ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, davamlı tərəqqi proseslərində mühüm tarixi xidmətləri qeyd edilib. Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə edərək, torpaqlarımızı Ermənistanın 30 ilədək davam edən işğalından azad etdiyi vurğulanıb.
Bu gün Cənubi Qafqazın ən güclü siyasi təşkilatı olan, ümumxalq inam və etimadı qazanmış Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının da ötən dövrdə uğurlu fəaliyyətindən söz açılıb.
Tədbirin sonunda bir qrup Partiya fəalına rayon təşkilatı tərəfindən fəxri fərman və hədiyyələr, həmçinin Partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.
Keçidlər