VI Ümumrespublika Forumunda Ağdaş rayonunu təmsil edəcək uşaqlar rayon İcra Hakimiyyətində qəbul edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların ictimai fəallığının artırılması və dövlət siyasətinin həyata keçirilməsində onların aktiv iştirakının təmin edilməsi məqsədilə 5 dekabr 2024-cü il tarixində Bakı şəhərində keçiriləcək “Uşaqlar və ekologiya” adlı Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Ağdaş rayonunu təmsil edəcək uşaqlarla rayon İcra Hakimiyyətində görüş keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə ölkə əhəmiyyətli bu tədbirin əsas qayəsi barədə çıxış etməklə iştirakçılara məsuliyyətli olmağı, tədbirin gedişində aktiv iştirak etməyi, qazanılan təcrübəni həmyaşıdları arasında bölüşməyi tövsiyə edərək, iştirakçı vərəqələrini təqdim edib.
Qeyd edək ki, forumda rayonumuzu M.İsayev və Nizami adına şəhər tam orta məktəblərin IX sinif şagirdləri Ülkər İsgəndərova və Zəhra Lətifli təmsil edəcəklər.