Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların müraciəti qısa zamanda öz həllini tapıb

22 iyun 2026 | 09:50

Ağdaş Rayon İcra Hakimiyyəti başçısının aparatda və yerlərdə keçirilən səyyar qəbulları zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin araşdırılması və həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilir.

Belə ki, cari ilin iyun ayının 4-də rayonun Şəkili kəndində keçirilən səyyar qəbul zamanı sakinlər tərəfindən kənd ərazisindəki şirə kanalının təmizlənməsi ilə bağlı müraciətlər edilmişdir.

Rayon İcra Hakimiyyəti başçısının müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Ağdaş Su Meliorasiya Sistemləri İstismarı İdarəsi tərəfindən müvafiq texnika cəlb olunmaqla, kənd ərazisində şirə kanalının təmizlənməsi istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir.

Sakinlər müraciətlərinin qısa zamanda müsbət həll olunduğu üçün minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər