Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların müraciəti qısa müddətdə öz həllini tapdı

12 mart 2026 | 14:34

Ağdaş Rayon İcra Hakimiyyəti başçısının aparatda və yerlərdə keçirilən səyyar qəbulları zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin araşdırılması və həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilir.

Bu çərçivədə rayonun Şəkili kənd sakinləri tərəfindən kənd ərazisində suvarma arxlarının təmizlənməsi və suötürmə qabiliyyətinin bərpası ilə bağlı müraciətlər edilmişdir.

Rayon İcra Hakimiyyəti başçısının müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Ağdaş Su Meliorasiya Sistemləri İstismarı İdarəsi tərəfindən müvafiq texnika cəlb olunmaqla, kənd ərazisində suvarma arxlarının təmizlənməsi istiqamətində zəruri tədbirlər həyata keçirilmiş və arxların normal fəaliyyəti təmin olunmuşdur.

Sakinlər müraciətlərinin qısa müddətdə müsbət həll olunduğu üçün minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər