Vətən Müharibəsində şəhid olmuş hərbi qulluqçu polkovnik-leytenant Atəm Əliyevin anım mərasimi keçirildi.
25 yanvar 2023-ci il tarixində rayonun Abad kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucala, yüksək rütbəli zabit kimi xidmət etmiş Əliyev Atəm Vaqif oğlunun xatirəsinə ehtiram əlaməti olaraq Ağdaş şəhərində anım mərasimi keçirilib. Mərasimdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Əlişah Rəcəbov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Nizami Heybətov, ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Mərasimdə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub. Ehsan süfrəsi ətrafında şəhidin döyüş yolu və qəhrəmanlığından söhbət açılıb, xatirəsi anılıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!