Vətən Müharibəsi qazisi müalicədən qayıtdı.
11 oktyabr 2022 | 18:09
44 günlük Vətən Müharibəsində döyüş əməliyyatları zamanı ağır yaralanmış Ağdaş şəhərində yaşayan qazi İsayev Valeh Mehrac oğlu Türkiyə Cümhuriyyətində uzun müddət müalicə olunduqdan sonra 10 gün müddətinə doğma evinə qayıdıb. Bu münasibətlə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası rayon təşkilatının nümayəndələri, Gənclər və idman idarəsinin işçiləri qazinin qarşılanma mərasimində iştirak ediblər. Qazinin qayıdışı şərəfinə qurban kəsilib. Qeyd edək ki, qazi İsayev Valeh Mehrac oğlu “YAŞAT” fondunun vəsaiti hesabına qardaş Türkiyədə xəstəxanaların birində müalicə alıb.
Qazimizə şəfa diləyir və möhkəm cansağlığı arzulayırıq.