Ulu Öndərin abidəsi ziyarət olundu.
03 oktyabr 2022 | 10:59
3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa aparan yolun ilk pilləsi olmuşdur.
Həmin tarixdə xalq böyük səs çoxluğu ilə öz seçimini etmiş, ulu öndər, xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Xalqın müdrik seçimi sayəsində Ulu Öndər ölkəmizi böyük bəlalardan, faciələrdən hifz edərək respublikamızı sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb.
Bu münasibətlə 3 oktyabr 2022-ci il tarixində rayon İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilmiş, abidənin önünə tər güllər düzülmüşdür.