Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım göndərildi.

10 fevral 2023 | 12:40

 Məlum olduğu kimi 06 fevral 2023-cü il tarixdə qardaş Türkiyə Cumhuriyyətində baş vermiş güclü zəlzələ böyük dağıntılara və kütləvi insan  tələfatına   səbəb olmuşdur.  Zəlzələ baş verdikdən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın tapşırıqlarına əsasən Türkiyəyə xilasedicilər, müxtəlif ləvazimatlar,  səyyar tibbi avadanlıqlar və dərman preparatları  göndərilmişdir.  Ağdaş rayon İcra Hakimiyyəti qardaş ölkədə zəlzələdən zərərçəkmiş qardaş və bacılarımız  üçün edilən yardım kampaniyasına fəal şəkildə qoşulmuş,  bu məqsədlə qısa müddət ərzində 40 ədəd generator, 112 ədəd qızdırıcı, 550 ədəd yataq ləvazimatları, 4934 ədəd geyim dəstləri tədarük olunaraq qardaş ölkəyə göndərilməsi üçün  Ağdaş rayonundan Bakı şəhərinə yola salınmışdır.

 

Keçidlər