Şriftin ölçüsü :

Saytın rəngi :

Texniki təbiət və humanitar fənlər təmayüllü gimnaziyada tədris prosesinə baxış olub

06 mart 2025 | 17:35
Martın 6-da Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə rayonda yerləşən M.Şeyxzadə adına Texniki təbiət və humanitar fənlər təmayüllü gimnaziyada olub.
Gimnaziyanın direktoru Şəhla Hacıbalayeva təhsil müəssisəsində tədris prosesinin təşkili və şagirdlərin bilik səviyyəsinin artırılması istiqamətində görülən işlər barədə məlumat verib. Pedaqoji kollektivin və gimnaziyanın məzunlarının təhsil nailiyyətləri qeyd edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elm və Təhsil Nazirliyinin dəstəyi ilə gimnaziyada yaradılan STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) mərkəzinin işi ilə yaxından tanış olub.
Məlumat verilib ki, bu mərkəzdə vaxtaşırı olaraq Mərkəzi Aran Regional Təhsil idarəsinin tabeliyində olan təhsil müəssisələrinin iştirakı ilə müxtəlif səpkili tədbirlər və müsabiqələr keçirilir. Şagirdlərin elmi və texnoloji bacarıqlarını əks etdirən innovativ layihələr nümayiş etdirilir.
Müəllim-şagird kollektivi ilə görüşən Orxan Hüseynzadə tədris prosesinin təşkili, şagirdlərin müasir dünyagörüşünə yiyələnməsi və onların layiqli vətəndaş kimi formalaşmasında müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib, bu sahədə müəllimlərə yeni-yeni nailiyyətlər arzulayıb.
Keçidlər