Səyyar qəbulda qaldırılan vətəndaş müraciəti operativ şəkildə icra edilir
04 may 2026 | 18:04
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə Yuxarı Nemətabad kəndində keçirilən səyyar qəbul zamanı kənd sakininin müraciətini yerində araşdıraraq mövcud vəziyyətlə tanış olmuş və problemin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıq və tövsiyələr vermişdir.
Verilmiş tapşırıq və tövsiyələrə uyğun olaraq Ağdaş Su Meliorasiya Sistemləri İstismarı İdarəsi və Mürsəl bələdiyyəsi tərəfindən həyətyanı sahədə toplanmış qrunt sularının kənarlaşdırılması məqsədilə boru xəttinin çəkilməsi işlərinə başlanılıb və işlərin icrası davam etdirilir.







