Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlərimiz Naib Namətov və Rəvan Həsənovun ailələri ziyarət edilib

11 aprel 2025 | 19:34

Ağdaş rayonunda şəhid ailələri davamlı olaraq ziyarət edilir. Aprelin 11-də Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə Ağdaş şəhərində şəhid Namətov Naib Firqət oğlunun və rayonun İkinci Aral kəndində şəhid Həsənov Rəvan Rövşən oğlunun ailələrini ziyarət edib.

Görüşlərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə şəhid olan qəhrəmanlarımızın xatirəsi ehtiramla yad edilib. Şəhid ailələrinin qayğıları öyrənilib, onlarla bağlı sosial dəstək tədbirlərinin bundan sonra da davam edəcəyi vurğulanıb.

Şəhid ailələrinin üzvləri hər zaman diqqət və qayğı ilə əhatə olunduqlarına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər