Şəhidlərimiz Kənan Məmmədovun və Söyxan İbrahimxəlilovun ailələri ziyarət olunub
Noyabrın 21-də Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə və İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının nümayəndələri rayonun Ağzıbir kəndində şəhid İbrahimxəlilov Söyxan Eldəniz oğlunun və Kotavan kəndində şəhid Məmmədov Kənan Hüseyn oğlunun ailələrini ziyarət ediblər.
Şəhid ailələri ilə görüşlər zamanı ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə şücaətlər göstərərək şəhadətə yüksəlmiş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə xalqımızın qəlbində yaşayacağı bildirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə şəhid ailələrinin daim dövlətin sosial dəstək tədbirləri ilə əhatə olunduqları vurğulanıb.
Rayon İcra Hakimiyyətinin başçısı hər iki şəhid ailəsinin qayğıları ilə maraqlanıb, onların sosial müdafiəsinin bundan sonra da daim diqqətdə saxlanacağını qeyd edib. Şəhid ailələrinin üzvləri göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!