Şəhidlərimiz Kənan Məmmədov və Söyxan İbrahimxəlilovun ildönümləri qeyd olunub
Sentyabrın 29-da rayonun Kotavan və Ağzıbir kəndlərində şəhidlərimiz Məmmədov Kənan Hüseyn oğlu və İbrahimxəlilov Söyxan Eldəniz oğlunun şəhadətə yüksəlmələrinin növbəti ildönümü ilə əlaqədar ailələrinə baş çəkilib.
Anım mərasimlərində rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, rayon Polis şöbəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisləri, ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri, müharibə veteranları və kənd sakinləri iştirak ediblər.
Şəhidlik zirvəsinə ucalan soydaşlarımızın şücaəti barədə söhbət açılıb, şəhidlərimizin qəhrəmanlığının müstəqil Azərbaycanın tarixində silinməz iz qoyduğu, qazanılan möhtəşəm Qələbədə onların fədakarlığının mühüm əhəmiyyətə malik olduğu bildirilib, xatirələri ehtiramla anılıb, ruhlarına dualar oxunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!







