Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlərimiz Fərid Məmmədzadə və Məhəmməd Osmanovun ildönümləri qeyd olunub

04 oktyabr 2025 | 11:09

4 oktyabr 2025-ci il tarixində Ağdaş şəhəri və Ərəbocağı kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Məmmədzadə Fərid Mehman oğlu və Osmanov Məhəmməd Seymur oğlunun növbəti ildönümləri ilə əlaqədar ailələri ziyarət olunub.

İldönümlərində rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbər işçiləri, YAP rayon təşkilatının əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Keçirilən görüşlər zamanı şəhidlərimizin qəhrəmanlıqları, ordumuzun uğurları və   dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs olunub.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər