Şəhidlər xiyabanı ziyarət olunub
05 noyabr 2024 | 13:43
Noyabrın 5-də Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə hüquq-mühafizə orqanlarının rayon üzrə rəhbər şəxsləri ilə birgə rayonun Şəhidlər xiyabanını ziyarət edib. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.