Şəhidin doğum günündə ailəsi ziyarət olundu.
25 iyun 2022-ci il tarixində 44 günlük Vətən Müharibəsində torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Məmmədov Elvin Eldəniz oğlunun doğum günü qeyd olunub. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları şəhidin ailəsinə baş çəkərək, başsağlığı veriblər. Qeyd etmək lazımdır ki, Məmmədov Elvin Eldəniz oğlu 25 iyun 2001-ci il tarixdə Ağdaş şəhərində anadan olub. Düşmənə qarşı döyüş əməliyyatları zamanı böyük fədakarlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalıb, 24 oktyabr 2020-ci il tarixdə şəhərin Padar qəbiristanlığında dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Məmmədov Elvin Eldəniz oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və Müdafiə Nazirliyinin sərəncamı ilə “Şücaətə görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin! Ruhu şad olsun!