Şəhidimiz Yusif Nəbiyevin növbəti ildönümü qeyd olunub
Oktyabrın 10-da Ağdaş rayonunun Tatlar kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Nəbiyev Yusif Elton oğlunun növbəti ildönümü ilə əlaqədar ailəsi ziyarət olunub, əziz xatirəsi ehtiramla yad edilib.
İldönümündə rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının əməkdaşları, ictimaiyyətin nümayəndələri və kənd sakinləri iştirak edib.
Görüş zamanı dövlətin şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs olunub, şəhidlərin əziz xatirəsinin daim uca tutulduğu vurğulanıb.
Qeyd edilib ki, şəhidlərin qəhrəmanlıq yolu və Vətənə sədaqəti gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.







