Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidimiz Xəyal İbrahimovun ildönümü qeyd olunub

11 oktyabr 2025 | 10:59

11 oktyabr 2025-ci il  tarixində Ağdaş rayonunun Ərəbocağı kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İdrisov Xəyal İbrahim oğlunun növbəti  ildönümü ilə əlaqədar məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla yad edilib.

İldönümündə rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəis müavini, ictimaiyyətin nümayəndələri və kənd sakinləri iştirak edib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər