Şəhidimiz Vüqar Cəbrayılovun ailəsi ziyarət olunub
13 mart 2026 | 16:50
Martın 13-də Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə Birinci Qarabağ Müharibəsi şəhidi Cəbrayılov Vüqar Vahid oğlunun ailəsini ziyarət edib.
Görüş zamanı şəhidin əziz xatirəsi ehtiramla yad edilib, ailənin qayğıları öyrənilib.
Səmimi söhbət zamanı şəhidlik zirvəsinə ucalan igid oğullarımızın vətənpərvərlik nümunəsi olduğu vurğulanmaqla, onların qəhrəmanlıq salnaməsinin gələcək nəsillər üçün örnək olduğu diqqətə çatdırılıb. Həmçinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan bəhs olunub.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!







