Şəhidimiz Siyasət Mustafayevin ildönümü qeyd olunub
Sentyabrın 28-də Ağdaş rayonunun Pirəyir kəndində Vətən müharibəsi şəhidi Mustafayev Siyasət Akif oğlunun şəhadətə yüksəlməsinin növbəti ildönümü qeyd olunub. Mərasimdə Milli Məclisin deputatı Sahib Alıyev, rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, YAP rayon təşkilatı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi, ictimaiyyətin nümayəndələri, şəhidin doğmaları və kənd sakinləri iştirak ediblər.
Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman oğullarımızın əziz xatirəsi ehtiramla yad olunub, ruhlarına dualar oxunub.
Şəhidlərimizin igidliyi və fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaq, onların xatirəsi gələcək nəsillər üçün daim örnək olacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.







