Şəhidimiz Sadiq Vəliyevin növbəti ildönümü qeyd olunub
05 oktyabr 2025 | 10:57
5 okyabr 2025-ci il tarixində Ağdaş rayonunun Xosrov kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Vəliyev Sadiq Ayaz oğlunun növbəti ildönümü ilə əlaqədar ailəsi ziyarət olunub.
İldönümündə rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət rayon şöbəsinin rəhbər işçiləri, YAP rayon təşkilatının əməkdaşları, ictimaiyyətin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Şəhidimizin şərəfli döyüş yolu və qəhrəmanlığından söhbət açılıb, əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!







