Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidimiz Rauf Cabbarovun ailəsi ziyarət olunub

09 aprel 2026 | 14:15

Aprelin 9-da Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə Birinci Qarabağ müharibəsi şəhidi Cabbarov Rauf Fərrux oğlunun ailəsini ziyarət edib.

Ziyarət zamanı şəhidin əziz xatirəsi dərin ehtiramla yad olunub, ailə üzvləri ilə səmimi söhbət aparılıb və ailənin qayğıları ilə yaxından maraqlanılıb.

Qeyd olunub ki, Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsi daim uca tutulur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir və bu sahədə həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyır.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər