Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidimiz Ramil Səlimzadənin növbəti ildönümü qeyd olunub

15 oktyabr 2025 | 16:30

15 oktyabr 2025-ci il tarixində Ağdaş rayonunun Aşağı Ağcayazı kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində ölkəmizin suverenliyi və ərazi  bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Səlimzadə Ramil Raqif oğlunun növbəti ildönümü ilə əlaqədar ailəsi ziyarət olunub.

İldönümündə rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, rayon Məhkəməsinin sədri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəis müavini, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri və kənd sakinləri iştirak edib.

Görüş zamanı şəhidin əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub, dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan, həmçinin onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər