Şəhidimiz Nihat Kərimlinin növbəti ildönümü qeyd edilib
Oktyabrın 8-də Ağdaş rayonunun Ərəbocağı kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Kərimli Nihat Teymur oğlunun növbəti ildönümü ilə əlaqədar ailəsi ziyarət olunub.
İldönümündə rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Millət vəkili Sahib Alıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, YAP rayon təşkilatının əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçmiş qəhrəman oğullarımızın əziz xatirəsi ehtiramla yad edilib, onların göstərdiyi şücaət və fədakarlıqlardan bəhs olunub, dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan söhbət açılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!







