Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidimiz Məmməd Əhmədovun ailəsi ziyarət olunub

02 sentyabr 2025 | 17:43

Sentyabrın 2-də Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə rayonun Qarağan Sədi kəndində Birinci Qarabağ müharibəsi şəhidi Əhmədov Məmməd Feruz oğlunun ailəsini ziyarət edib.
Görüş zamanı şəhidin xatirəsi ehtiramla yad edilib, Vətən qarşısında göstərdiyi igidlik və fədakarlıqlar xatırlanıb. Dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs olunub, onların sosial müdafiəsinin gücləndirilməsinin prioritet məsələ olduğu qeyd edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən yüksək qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər