Şəhidimiz Hüseyn Paşayevin ailəsi ziyarət olunub
05 avqust 2025 | 17:49
Avqustun 5-də Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə rayonun Sadavat kəndində Birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Hüseyn Paşayevin ailəsini ziyarət edib.
Ziyarət zamanı şəhidin əziz xatirəsi ehtiramla yad edilib, ailə üzvləri ilə səmimi söhbət aparılıb.
Bildirilib ki, şəhidlərimizin Vətən naminə göstərdikləri şücaət xalqımızın yaddaşında daim yaşayacaq, onların ailələri bundan sonra da daim dövlət qayğısı ilə əhatə olunacaq.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!







