Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidimiz Fərhad Mikayılovun ailəsi ziyarət olunub.

28 avqust 2025 | 17:30

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə rayonun Qobuüstü kəndində şəhid Mikayılov Fərhad Mikayıl oğlunun ailəsini ziyarət edib.
Görüş zamanı şəhidin Vətən qarşısındakı xidmətlərindən bəhs olunub, əziz xatirəsi yad edilib, eyni zamanda ailəsinin qayğıları öyrənilib.
Qeyd olunub ki, şəhid ailələrinə diqqət və qayğının göstərilməsi Azərbaycan dövlətinin sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Şəhidin ailə üzvləri göstərilən daimi diqqət və qayğıya görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər