Şəhidimiz Emil İsmiyevin növbəti ildönümü qeyd edilib
09 oktyabr 2025 | 16:28
Oktyabrın 9-da Ağdaş şəhərində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan İsmiyev Emil Elman oğlunun növbəti ildönümü ilə əlaqədar ailəsi ziyarət olunub.
İldönümündə rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi və ictimaiyyətin nümayəndələri iştirak edib.
Görüş zamanı şəhidin döyüş yolundan söhbət açılıb, əziz xatirəsi ehtiramla ehtiramla yad edilib, dövlətin şəhidlərə göstərdiyi diqqət və qayğıdan bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!







