Şəhidimiz Elşad Əliyevin növbəti ildönümü qeyd olunub
Oktyabrın 16-da Ağdaş rayonunun Tofiqi kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Əliyev Elşad Mehman oğlunun növbəti ildönümü ilə əlaqədar ailəsi ziyarət olunub.
İldönümündə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, rayon Məhkəməsinin sədri, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri və kənd sakinləri iştirak edib.
Görüş zamanı Vətən uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan, ölkə rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi sosial layihələrdən bəhs olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!







