Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidimiz Əliyəddin Həşimovun ailəsi ziyarət olunub

07 oktyabr 2025 | 16:38

Oktyabrın 7-də Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə Əmirmahmud kəndində Birinci Qarabağ müharibəsi şəhidi Həşimov Əliyəddin Yusif oğlunun ailəsini ziyarət edib.

Görüş zamanı şəhidin ailə üzvləri ilə səmimi söhbət aparılıb, şəhidin əziz xatirəsi ehtiramla yad edilib, dövlətimizin şəhid ailələrinə göstərdiyi daimi diqqət və qayğıdan, Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi sosial dəstək tədbirlərindən, ordumuzun qüdrətindən və şəhidlərin Vətən qarşısında göstərdiyi misilsiz xidmətlərdən bəhs olunub.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər