Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidimiz Elçin Hacıyevin ailəsi ziyarət edilib.

08 may 2025 | 17:56

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə rayonun Aşağı Ləki kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Hacıyev Elçin Bahadur oğlunun ailəsini ziyarət edib.

Ailə üzvləri ilə görüşdə şəhid Elçin Hacıyevin torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə göstərdiyi şücaətlərdən bəhs olunub, onun əziz xatirəsi ehtiramla yad edilib.

Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirildiyi, hər bir şəhid ailəsinin dövlət qayğısı ilə əhatə olunduğu vurğulanıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər