Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidimiz Əkbər Məsimovun növbəti ildönümü qeyd olunub

07 iyun 2026 | 16:44

İyunun 7-də Ağdaş rayonunun Qaradeyin kəndində Vətən Müharibəsi şəhidi Məsimov Əkbər Yunus oğlunun növbəti ildönümü ilə əlaqədar ailəsinə baş çəkilib.

Ziyarətdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin nümayəndələri iştirak ediblər.

Görüş zamanı şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdikləri misilsiz fədakarlıqlardan bəhs olunub, onların qəhrəmanlıq salnaməsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynadığı qeyd edilib. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların rifah halının yaxşılaşdırılması məsələləri daim diqqət mərkəzində saxlanılır.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər