Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidimiz Cəfərov Faiq Ağalı oğlunun ailəsi ziyarət olunub

15 may 2025 | 17:06

Bu gün Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə rayonun Şıxlı kəndində Birinci Qarabağ müharibəsi şəhidi Cəfərov Faiq Ağalı oğlunun ailəsini ziyarət edib.

Görüş zamanı şəhidin əziz xatirəsi ehtiramla yad edilib, ailənin qayğıları öyrənilib, onlarla bağlı sosial dəstək tədbirlərinin bundan sonra da davam edəcəyi vurğulanıb.

Şəhid ailəsinin üzvləri hər zaman diqqət və qayğı ilə əhatə olunduqlarına görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər