Şəhid Siyasət Mustafayevin məzarı ziyarət olunub, ailəsi ilə görüşülüb
17 noyabr 2024 | 13:44
Noyabrın 17-də Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə və İcra Hakimiyyətinin nümayəndələri möhtəşəm tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsinin şəhidi Mustafayev Siyasət Akif oğlunun məzarını ziyarət ediblər.
Ziyarətdən sonra rayonun Pirəyir kəndində şəhidimizin ailəsi ilə görüşülüb. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə qəhrəman şəhidlərimizin xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə şəhid ailələri, müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyi qeyd edilib.
Şəhidin ailə üzvləri daim diqqət və qayğı ilə əhatə olunduqlarına görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.