Şəhid polkovnik-leytenant Atəm Əliyevin ildönümü qeyd olunub
25 yanvar 2025 | 13:06
Yanvarın 25-də Ağdaş rayonunun Abad kəndində Vətən müharibəsinin şəhidii polkovnik-leytenant Əliyev Atəm Vaqif oğlunun ildönümü qeyd olunub.
İldönümündə rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə və İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları iştirak ediblər.
Şəhidlərimizin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə göstərdikləri igidliklərdən bəhs olunub, əziz xatirələri ehtiramla yad edilib, onların xatirələrinin daim xalqımızın qəlbində yaşayacağı vurğulanıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!