Şəhid mayor Emil Mayılovun ailəsi ziyarət olunub
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonundakı "Qaraheybət" aviasiya poliqonunda təlim zamanı qəzaya uğramasından 3 il ötür.
Qəza nəticəsində şəhid olan hərbi qulluqçulardan biri də Ağdaş rayonunda doğulub boya-başa çatmış mayor Emil Mayılovdur.
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları şəhidimiz Emil Mayılovun anım tədbirində iştirak ediblər.
Şəhidin ailəsi ilə görüşülüb. Görüşdə şəhidlərinin əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı, onların gələcək nəslə vətənpərvərlik ruhunun aşılanmasında daim örnək olduğu vurğulanıb.
Şəhid Emil Mayılovun ailə üzvlərinin qayğıları da öyrənilib, ailənin bundan sonra da daim diqqət və qayğı ilə əhatə olunacağı qeyd edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!