Şəhid Kənan Məmmədovun xatirəsi anılıb.
30 oktyabr 2024-cü il tarixində Ağdaş rayonunun Xosrov kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Məmmədov Kənan Bəhruz oğlunun şəhadətə yüksəlməsinin növbəti ildönümü ilə bağlı ailəsi ziyarət olunub.
Anım mərasimində rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edən, rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, ictimaiyyətin nümayəndələri, şəhidin doğmaları və kənd sakinləri iştirak edib.
Şəhidin şərəfli döyüş yolundan söhbət açılıb, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!