Şəhid Elnur Əhmədovun ildönümü qeyd olunub.
Noyabrın 30-da Ağdaş rayonunun Pirəzə kəndində Vətən müharibəsi şəhidi Əhmədov Elnur Ehtibar oğlunun şəhadətə yüksəlməsinin növbəti ildönümü olub.
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin məsul əməkdaşları şəhidimizin ildönümü ilə əlaqədar onun ailə üzvləri ilə görüşüblər.
Ölkəmizin ərazi bütövlüyü və severenliyi uğrunda döyüşlərdə böyük igidliklər göstərərək şəhadətə yüksəlmiş bütün qəhrəman Vətən övladlarının xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı ardıcıl sosial dəstək tədbirlərinin həyata keçirildiyi və bu tədbirlərin qarşıdakı dövrdə də davam etdiriləcəyi qeyd olunub.
Şəhidin ailə üzvləri hər zaman diqqət və qayğı ilə əhatə olunduqlarına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!